Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan hakimlər arasında yenicə FİFA referisi adını almış Ömər Paşayev də var.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki. bu toplanış Ömər üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Paşayev yanvarın 29-dan etibarən yeni FİFA referilərinin İspaniyadakı hazırlığına qatılacaq. Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının rəsmi saytına danışan referi eyni zamanda toplanışı da dəyərləndirib: "Toplanış yüksək səviyyədə keçir. Burada qidalanmaq, məşqlər, oyunlarda idarəçilik etmək üçün hər cür şərait var. Mənim fikrim daha çox fiziki hazırlığa yönəlib. Çünki yanvarın 29-da İspaniyaya yollanacağam. Fiziki hazırlığım yüksək səviyyədə olmalıdır. Bununla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla söhbətim olub. Daha çox fiziki hazırlığa önəm vermək istədiyimi bildirmişəm. Bununla yanaşı, yoxlama görüşlərini də idarə edirəm”.
Paşayev qatılacağı kursun özəlliyindən eləcə FİFA hakimi daşımaq adının məsuliyyətindən bəhs edib: "FİFA hakimi adı altında biz Azərbaycanı təmsil edirik. Çox sayda azarkeşin izlədiyi oyunda hakimlərin Azərbaycandan olduğu söylənilir. Buna görə də FİFA hakimi adını daşımaq böyük məsuliyyətdir. FİFA hakimi adını aldığıma görə sevinə bilərəm. Amma bu o demək deyil ki, pik nöqtədəyəm. Mən çox çətin yolun başlanğıcındayam. Bunun üçün ilk növbədə kursdan uğurla keçməliyəm. Çox çətin bir hazırlığa qatılacağam. Kursun əsas özəlliyindən biri odur ki, yorğunluq fonunda daha cəld hərəkətlər etməlisən. Məhz həmin proqrama əsasən çalışmışam, pis alınmayıb. Eyni zamanda, dil biliklərindən imtahanlar verəcəyəm”.
Paşayev FİFA təlimatçısı, birvaxtların məşhur referisi Frank de Blekere ilə daim ünsiyyətdə olduğunu vurğulayıb: "Blekere FİFA hakimi adı aldığım gün məni təbrik etdi. Əlaqəmizi kəsməmişik, elektron poçt vasitəsi ilə daim danışırıq. Əgər İspaniyada görüşə bilsək, yenə söhbətləşəcəyik”.
Gənc referi hakimlikdə fiziki və texniki hazırlıqla yanaşı, psixoloji hazırlığın da önəm kəsb etdiyini söyləyib: "Oyunu idarə etmək üçün beynin rahat olmalıdır. Çempionat oyunlarında bəzi narazılıqlar olur. Misal üçün oyunu idarə edirsən, hər şey yaxşıdır. Amma sonradan epizodların müzakirəsi gedir. Bir neçə epizod yığıb ortaya çıxarırlar və hakimliyi bərbad adlandırırlar. Amma bu belə deyil, futbolu epizodik müzakirə etmək olmaz. Biz FİFA və UEFA təlimatlarına uyğun hakimlik edirik, kənara çıxmırıq. Məncə, hakimliyə epizodik yox, ümumi qiymət vermək lazımdır. Bəzən belə bir hal yaşanır ki, klub rəsmiləri özlərinə bəraət qazandırmaq üçün hər şeyi hakimin üstünə yıxırlar. Uğursuzluğa görə cavab vermək üçün bütün günahı hakimlərin üzərinə yıxmaq olmaz. Bəli, hakim səhvləri olur, amma boş qapıya zərbə vura bilməmək mənim günahım deyil. Bəzən mübahisəli penalti qərarı qeydə alınır və əsas müzakirə obyektinə çevrilir. Məgər, bütün oyun bir mübahisəli qərardan ibarətdir? Meydançada ən az səhv edən elə hakimdir. Düşünürəm ki, komandanın uğursuzluğunu hakimlərlə əlaqələndirmək düzgün deyil. Bəzən xarici ölkə liqalarında elə səhvlər görürük ki, bunu etmək həqiqətən də olmaz. Azərbaycanda kiçik epizodu faciəyə çevirən insanlar bəzən xarici ölkələrdəki həmin səhvə adi baxırlar. Bəli, hakim səhvləri müzakirə olunmalıdır, amma bu qədər deyil. Kiçik məsələnin çox şişidilməsi hakimlərin psixoloji durumuna pis təsir göstərir və səhvlər sıralanır. Ona görə də çalışmaq lazımdır ki, bir birimizə dəstək olub Azərbaycan futbolunu inkişaf etdirək”.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi