Dəniz Yılmaz heç nə ilə yadda qalmadı

Dəniz Yılmaz heç nə ilə yadda qalmadı
XƏBƏR 21 Yanvar 2017 / 22:10 2151
-  A +

Türkiyə superliqasında 18-ci turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, milli komandamızın hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” öz meydanında “Adanaspor”u qəbul edib. Bir qədər əvvəl başa çatan oyuna qonaqların qələbəsi ilə başa çatıb – 1:0.

Oyuna start heyətdə daxil olan D.Yılmaz görüş ərzində heç nə ilə yadda qalmayıb. O, matçın 83-cü dəqiqəsində digər hücumçu Sərcan Yıldırımla əvəzlənib.

Qeyd edək ki, 29 yaşlı futbolçu "Bursaspor"un son oyununda - "Akhisar"la kubok matçında qol vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner