Runi “Mançester Yunayted”in tarixinə düşdü

Runi “Mançester Yunayted”in tarixinə düşdü
XƏBƏR 21 Yanvar 2017 / 22:00 3494
-  A +

İngiltərə Premyer Liqasının 22-ci turunda “Stok Siti” ilə keçirilən oyun (1:1) “Mançester Yunayted”in futbolçusu Ueyn Runi  üçün əlamətdar olub.

Qol.az-ın xəbərinə görə, oyunun 90+4-cü dəqiqəsində fərqlənən hücumçu “MY”da 250-ci qolunu vurub.

O, bununla komandasını məğlubiyyətdən xilas etməklə yanaşı, həm də klub tarixinin ən yaxşı bombardiri Bobbi Çarltonu (249 qol) qabaqlayıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2004-cü ildən "Mançester Yunayted"də çıxış edir.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner