Kaliniç Çinin təklifini rədd etdi

Kaliniç Çinin təklifini rədd etdi
XƏBƏR 20 Yanvar 2017 / 17:43 2395
-  A +

"Fiorentina"nın futbolçusu Nikola Kaliniç Çinə getməkdən imtina edib.

Qol.az-ın xəbərinə görə, xorvatiyalı hücumçu İtaliya mətbuatına açıqlamasında Çinin "Tyanzin Teda” klubunun təklifini geri çevirdiyini deyib.

"Fiorentina"da qalacam. İtaliyada oynamaq istəyirəm. İki ildir oynadığım bu klubda özümü çox rahat hiss edirəm. Mətbuat məni Çinə "göndərmək" istəyirdi. Elə davranırdılar ki, sanki Çinə getməliyəm".

Qeyd edək ki, İtaliya mətbuatı Çin klubunun Kaliniç üçün  “Fiorentina”ya 45 milyon avro, futbolçuya isə ilinə 12 milyon avro təklif etdiyini yazmışdı.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner