"Heç vaxt "Bavariya"ya keçməyəcəm" - Obameyanq

"Heç vaxt "Bavariya"ya keçməyəcəm" - Obameyanq
XƏBƏR 20 Yanvar 2017 / 17:21 3009
-  A +

Dortmund "Borussiya"sının futbolçusu Pyer-Emerik Obameyanq maraqlı açıqlama verib.

Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, adı tez-tez başqa klublarla hallanan qabonlu hücumçu "Bavariya"ya keçəcəyi haqda xəbərlərə münasibət bildirərkən heç vaxt Münhen klubunda oynamayacağını deyib:

"Mən heç vaxt "Bavariyay"ya keçməyəcəm. Şəraitdən asılı olmayaraq, onlara "yox" demişəm. Bu, "Borussiya" azarkeşləri üçün ağır olar. Bu addım mənlik deyil".

Qeyd edək ki, 27 yaşlı forvard 2013-cü ildən Dortmund klubunda çıxış edir.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner