“Fiorentina” 5,5 milyona aldığı futbolçunu 45 milyona satır

“Fiorentina” 5,5 milyona aldığı futbolçunu 45 milyona satır
XƏBƏR 20 Yanvar 2017 / 01:53 4442
-  A +

Daha bir tanınmış futbolçu karyerasını Çində davam etdirməyə yaxındır.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Fiorentina” Nikola Kaliniçi “Tyantszin Syuantszyan”a satmağa razılıq verib.

Çin klubu 29 yaşlı forvarda üçün 45 milyon avro ödəyəcək. Kaliniçin əmək haqqısı isə “Fiorentina”dakından 10 dəfə çox - ildə 12 milyon avro olacaq.

Qeyd edək ki, “Fiorentina” Kaliniçi 2015-ci ildə “Dnepr”dən 5,5 milyon avroya transfer edib.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner