Teleyayımdan ən çox gəlir əldə edən klub hansıdır?

Teleyayımdan ən çox gəlir əldə edən klub hansıdır?
XƏBƏR 20 Yanvar 2017 / 00:56 4295
-  A +

“Deloitte” konsaltinq kompaniyası 2015/2016 mövsümündə futbol klublarının teleyayımdan əldə etdiyi gəlirlərlə bağlı araşdırma aparıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ötən mövsümdə bu baxımdan ən çox gəlir əldə edən klub “Real” olub. Madrid klubu televiziya yayımından 227,7 milyon avro qazanıb ki, bu məbləğ klubun ümumi gəlirinin 37 faizini təşkil edir.

2015/2016 mövsümündə teleyayımdan ən çox gəlir əldə edən klubların “10-luğ”u belədir:

1. “Real” - 227,7 milyon avro

2. “Mançester Siti” 215,8 milyon avro

3. “Barselona” - 202,7 milyon avro

4. “Yuventus” - 195,7 milyon avro

5. “Arsenal” - 192 milyon avro

6. “Çelsi” - 191,1 milyon avro

7. “Mançester Yunayted” - 187,7 milyon avro

8. “Liverpul” - 168,1 milyon avro

9. “Roma” - 154 milyon avro

10-11. “Bavariya” və “Tottenhem” - 147,6 milyon avro

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner