“Qəbələ” idmançılarından 7 medal

“Qəbələ” idmançılarından 7 medal
XƏBƏR 20 Yanvar 2017 / 00:29 1197
-  A +

Taekvondo üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışda “Qəbələ” İdman klubunun taekvondoçuları da çıxış edib.

Üç gün davam edən yarışda “Qəbələ” idmançıları 7 qızıl medal qazanıb. Nərgiz Hacıyeva (46 kq) və Diana Hacıəliyeva (55 kq) qızların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oğlanların mübarizəsində isə “Qəbələ” təmsilçiləri 5 çəki dərəcəsində hamıdan güclü olub. Əbülfət Zülfüqarov 55 kq, Qasım Aslanov 59 kq, Cavad Ağayev 63 kq, Niyaz Zülfüqarlı 68 kq, Orxan Tağızadə +78 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələniblər.

Taekvondoçularının nəticələrinə əsasən “Qəbələ” komanda hesabında 1-ci yeri tutub.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner