"Kəpəz"in portuqaliyalı yarımmüdafiəçisi Serjinyonun klubun saytına müsahibəsi
- Serjinyo, çempionatın ilk yarısı üçün “Kəpəz”in çıxışını necə qiymətləndirirsən?
- Mövsümün ilk iki dövrəsi bizim üçün heç də pis keçmədi, amma düşünürəm ki, daha yaxşı çıxış edə bilərdik. Heç-heçə başa çatan 2-3 matçda qələbə qazansaydıq, daha çox xal toplaya bilərdik. Bunun da sayəsində turnir cədvəlində üst pillələrdə olacaqdıq.
- Uğurlu nəticə qazanmağa nə çatmadı?
- Sadəcə, bəzi oyunlarda məşqçinin tələblərini düzgün yerinə yetirə bilmədik və yaxşı oynamadıq. Həmçinin, buraxılan bir neçə qolda bizə yaraşmayan səhvə yol verdik. İndiki halda bu səhvlərdən nəticə çıxarıb, növbəti matçlarda daha yaxşı oynamaq lazımdır.
- Baş məşqçi səni oyunlarda gah cinah yarımmüdafiəçisi mövqeyində, gah da meydanın mərkəzində oynatdı. Serjinyo üçün harada oynamaq rahatdır?
- Harada oynamağım önəmli deyil və bunu problem hesab etmirəm. Odur ki, heç bu haqda da düşünmürəm. Digər klublarda da siz dediyiniz mövqelərdə çıxış etmişəm. Mənim üçün əsas olan daim oynamaq və komandaya kömək etməkdir. Bunun üçün meydanda çalışıram.
- Yəqin ki, hələ ən yaxsı oyununu göstərməyibsən. Çünki daha yaxsı çıxış edə biləcəyinə əminik. Bunun uygunlaşma ilə baglı olduğunu düşünürük. Artıq müəyyən müddət keçib. Qış fasiləsindən sonra daha yaxşı Serjinyonu görə biləcəyik?
- Bəli, bu günə kimi oynadığımdan daha yaxşı çıxış etməyə çalışacağam. İstəyirəm ki, daha çox inkişaf edim və komandaya xeyrim dəysin. Çox sakitəm, gördüyüm işdən də məmnunam. Zamanla ən yaxşısını edə bilərəm. Ancaq istənilən halda məncə, bu günə kimi heç də pis təsir bağışlamadım və demək olar ki, hər matçda komandaya kömək edə bildim. Ola bilər azarkeşlər mənim önə qaçıb qol vurmağımı arzulayırlar. Düzdür, çıxış etdiyim mövqe rəqib qapısına yaxındır, amma bu, o qədər də asan məsələ deyil. Mənim oyun üslubum əsasən təhlükəli epizodlar yaratmaq, hücumçulara qol ötürməsi verməkdir. Bütün matçlarda bunu etməyə çalışıram.
- Legionerler yerli futbolculardan bir baş üstün olmalıdırlar. Bu səbəbdən də azarkeşlərin sizdən gözləntiləri böyükdür. Yəqin ki, bununla razılaşırsan.
- Düşünürəm ki, legionerlər və yerli oyunçular arasında böyük fərq yoxdur. Əcnəbilər taktiki cəhətdən və oyun təfəkküründə bir qədər fərqli oynaya bilər. Amma hamımız bir komandanın parçasıyıq və bizə verilən tapşırığa uyğun çıxış edirik. Azarkeşlər tək biz legionerlərdən yox, yerli futbolçulardan da çox şey gözləyirlər.
- “Kəpəz” qarşısına Avropa Liqasına düşmək vəzifəsi qoyub. Bu məqsədə çatmaq mümkün olacaq?
- Bəli, məncə, bu məqsədə çata bilərik. Çempionatın ikinci yarısı hələ qarşıdadır. Yerimizdən asılı olmayarq bizim də şansımız itirilməyib. Bunun üçün hər oyunda sona qədər döyüşəcəyik. Biz yenidən Avropa Liqasına getmək istəyirik.
- “Kəpəz”dən təklif olsa, daha bir il komandada qalmaq istəyərsən?
- Hazırda bunun haqqında çox düşünürəm, əlbəttə ki, əgər “Kəpəz” mənə yeni müqavilə təklif etsə, razılaşmaq olar. Dəvət olarsa, komandada qalmaq istəyərəm. “Kəpəz”i çox sevirəm.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır