“Real”da ciddi itki

“Real”da ciddi itki
XƏBƏR 19 Yanvar 2017 / 01:28 3415
-  A +

Madridin “Real” klubu ciddi itki ilə üzləşib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın müdafiəçisi Daniel Karvahal zədələnib.

Bud əzələsindən zədə alan ispaniyalı müdafiəçinin 1 aya yaxın meydana çıxa bilməyəcəyi gözlənilir.

Onun Çempionlar Liqasının 1/8 final mərhələsində fevralın 15-də “Napoli” ilə keçiriləcək oyunda iştirakı da sual altındadır.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner