“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin üç boyük klubunu Azərbaycanda görmək istədiyini bildirib.
Qol.az-ın xəbərinə görə, “Anadolu” agentliyinə müsahibəsində o bildirib ki, bu komandalarla yoldaşlıq görüşünü keçirməkdən məmnun olarlar: “Həm Türkiyə, həm də bizdə liqa çox çətindir. Öz aramızda oyun keçirmək üçün təqvim müəyyələşdirmək asan deyil. Amma iki qardaş ölkə arasında futbol matçları olarsa, futbol əlaqələrimiz də yaxın olar. Bizdə də “Beşiktaş”lılar, “Qalatasaray”lılar, “Fənərbaxça”lılar var. Azərbaycanlılar bu üç komandaya daha çox azarkeşlik edir. Azərbaycanda bu komandalarla oyun böyük maraq doğurar. Bu səbəbdən “üç böyüklər”i Azərbaycanda gözləyirik”.
Q.Qurbanov bildirib ki, bu komandalardan biri ilə avrokuboklarda görüşmək daha maraqlı olar: “Futbolumuz inkişaf edir. Gələcəkdə Türkiyə komandalarından biri ilə avrokuboklarda qarşılaşacağımıza inanıram”.
Q.Qurbanov bu mövsüm Avropa Liqasında Yunanıstanın PAOK komandasına qarşı 2 dəfə oynadıqlarını, “Qalatasaray”ın yeni transferi Qarri Rodrigesin də bu görüşlərdə iştirak etdiyini söyləyib: “Rodrigesdə bir futbolçuda lazım olan önəmli qabiliyyətlər var. Çox sürətli və texnikalı oyunçudur. Onun “Qalatasaray”a güc qatacağına inanıram”.
Ağdam klubunun baş məşqçisi Türkiyə superliqası barədə də danışıb: “Başakşehir” böyük bir performans göstərdi. Onlara uğurlar arzulayıram. Çempion olmaları türk futboluna fayda verər. Çünki bu, yenilik olacaq. Daha çox “Beşiktaş”ın oyunlarını izləyirəm. Çox təcrübəli baş məşqçiləri var”.
Q.Qurbanov ən çox bəyəndiyi türkiyəli futbolçunun isə “Bayer”də oynayan Hakan Çalhanoğlu olduğunu deyib.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi