“Qəbələ” günü 2 məşqlə tamamladı

“Qəbələ” günü 2 məşqlə tamamladı
XƏBƏR 18 Yanvar 2017 / 01:37 1092
-  A +

2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 7-ci gününü yekunlaşdırıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qırmızı-qaralar” bu gün iki hazırlıq keçib.

Roman Qriqorçukun yetirmələri günün ilk yarısında nəzəri məşğələ ilə kifayətləniblər. Günün ikinci hissəsində baş tutan məşq prosesində isə “qırmızı-qaralar” toplu çalışmalarla hazırlıq keçib.

Xatırladaq ki, sabah “Qəbələ” Antalyada ikinci yoxlama oyununa çıxacaq. Təmsilçimiz Rumıniyanın “Qaz Metan” klubu ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner