Dəniz Yılmazın komandası uduzdu

Dəniz Yılmazın komandası uduzdu
XƏBƏR 17 Yanvar 2017 / 21:00 2463
-  A +

Millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" Türkiyə kubokunda növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, komanda qrup mərhələsinin 5-ci turuna doğma meydanda "Akhisar"la qarşılaşıb. Bu matçda "Bursaspor" 1:4 hesabı ilə uduzub.

"Bursaspor" - "Akhisar" - 1:4
Qollar
: Rikardo Vaz Te, 2 (0:1), Dəniz Yılmaz, 21 (1:1), Rikardo Vaz Te, 38 (1:2), 68-pen (1:3), 87 (1:4)

D.Yılmaz 90 dəqiqə oynayıb və 21-ci dəqiqədə komandasının yeganə qolunu vurub.

Qeyd edək ki, "Bursaspor" G qrupunda sonuncu pillədə qərarlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner