Məlum olduğu kimi, cüdo üzrə Azərbaycan yığmasının avstriyalı baş məşqçisi Peter Zayzenbaxer 3 azyaşlı qızı zorlamaqda ittiham olunur.
Verilən məlumata görə, artıq bununla bağlı istintaq işi yekunlaşıb və Peter Zayzenbaxerə qarşı rəsmi ittihamlar da irəli sürülüb, hansılar ki məhkəmədə sübut olunarsa, onu 10 illik həbs cəzası gözləyir.
P.Zayzenbaxerin taleyinə hakim Kristofer Bauerin sədrliyi ilə 2016-cı il dekabrın 19-na təyin olunan məhkəmədə aydınlıq gətirilməli idi. Lakin Zayzenbaxer məhkəmədən biraz əvvəl müəmmalı şəkildə "yoxa çıxdı" və bununla da məhkəmə prosesindən açıq şəkildə yayındı.
Avstriya məhkəməsi məşqçinin həbsinə artıq rəsmi order verib və o, hazırda beynəlxalq axtarışdadır.
Beləliklə, işin gedişatından aydın olur ki, 56 yaşlı əcnəbi məşqiçinin millimizdə aqibəti demək olar ki, həll olunub və onunla 2016-cı ildə başa çatmış müqavilə daha uzadılmayacaq.
Maraqlıdır, bəs Cüdo Federasiyasının rəhbərliyinin millimizin yeni baş məşqçisi ilə bağlı seçimi necə olacaq?
Bu suala hələlik birmənalı cavab vermək çətin olsa da müəyyən gözləntilərimizi sizinlə bölüşmək istərdik.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycanda kifayət qədər təcrübəli cüdo mütəxəssisi var və əcnəbi mütəxəssisləri cəlb etməyə demək olar ki, ehtiyac duyulmur. Fikrimizi əsaslandırmaq üçün Ağayar Axundzadənin başçılığı altında Pekin Olimpiadasında Azərbaycan cüdosunun tarixində ən yüksək nəticə əldə etməsi faktını qabarda bilərik. Məhz həmin Olimpiadada Elnur Məmmədli qızıl, Mövlud Mirəliyev isə bürünc medal qazandı və bu nailiyyətə görə Ağayar Axundzadə Avropanın ən yaxşı məşqçisi adına layiq görüldü.
2015-ci ildə Azərbaycan Cüdo Federasiyasına yeni rəhbərlik gəldikdən sonra ölkədə cüdonun inkişafı üçün daha ciddi addımların atılmasına başlanıldı. Bu sırada təlim-məşq toplantılarının təşkili, təxniki təchizat məsələlərinin ən yüksək səviyyədə nəzərə alınması, eləcə də cavan və perspektivli cüdo mütəxəssislərinin irəli çəkilməsi kimi aruzlanan halları göstərmək mümkündür. Görülən işlər isə öz bəhrəsini verir və bir müddət tənəzzül dövrü yaşamış Azərbaycanın cüdo məktəbinə yeni nəfəs və ruh verilir.
Qeyd etmək yerinə düşər ki, Cüdo Federasiyasının rəhbərliyi millmizi avstriyalı baş məşqçiylə yanaşı, iki yerli mütəxəssisə - böyük məşqçilər Mövlud Mirəliyev və Fərhad Məmmədova etibar edib. Və elə bu fakta söykənərək belə güman etmək olar ki, hazırkı milliyə çox yaxşı bələd olan və ötən olimpiya dövründə əla nailiyyətlər əldə etməyi bacaran bu iki mütəxəssisdən biri baş məşqçi, digəri isə böyük məşqçi kimi fəaliyyət göstərəcək. Fərhad Məmmədov cavan, lakin olduqca istedadlı cüdo mütəxəssisimizdir. Ötən Olimpiya Oyunlarında onun üç yetirməsi yarışlarda iştirak edirdi. Rüstəm Orucovla Elmar Qasımov gümüş medal, Orxan Səfərov isə bürünc medalın bir addmlığında dayanaraq 5-ci yerlə kifayətlənməli oldu. Bu nailiyyətlərə görə Fərhad Məmmədov ədalətli olaraq 2016-cı ildə Azərbaycanın ən yaxşı məşqçisi seçildi.
İlk görünüşdə bu fakt Fərhad Məmmədovun baş məşqçi olması üçün üstünlüyü kimi görünsə də, əslində qeyd etdiyimiz hallar onun xeyrinə işləməyə də bilər. Çünki yığmada onun 3 şəxsi tələbəsinin təmsil olunması faktı komandaya yeni üzvlər cəlb olunmasında və onların lisenziya xarakterli yarışlarda iştirakı üçün seçilməsində Fərhad Məmmədovun nəzəri də olsa tərəfsizliyini şübhə altına ala bilər. Hər halda bu, bizim kənar müşahidələrimizdən doğan ehtimallardır.
Yığmanın digər böyük məşqçisi Mövlud Mirəliyev cüdo üzrə ağır çəki dərəcəsində dünya birinciliyinin və Pekin Olimpiadasının bürünc mükafatçısı, sambo üzrə dəfələrlə Avropa və dünya çempionudur.
Daha önəmli bir fakt da ondan ibarətdir ki, Mövlud Mirəliyev yığmada uğurlu məşqçilik fəaliyyətindən əvvəl yarışlarda iştirak etdiyi 10 ilə yaxın müddətdə Milli komandanın kapitanı olub və komandanın köhnə və yeni üzvlərinin arasında böyük hörmətə malikdir.
Bir daha qeyd edək ki, bu mütəxəssislərin hər ikisi hazırki komandaya və avstriyalı məşqçinin yığmada bu neçə ildə tətbiq etdiyi məşq prossesinə əla bələd olduğundan, ikisi də baş məşqçi postuna ən layiq görünürlər. Ölkə rəhbərliyinin, eləcə də Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin etimadını doğruldan bu iki mütəxəssisin hansının baş məşqçi təyin olunmasından asılı olmayaraq bu uğurlu tandeminin birgə fəaliyyətini gələcəkdə də görmək idman ictimaiyyəti üçün çox xoş olardı.
Bütün hallarda hesab edirik ki, Azərbaycanın Cüdo üzrə Milli komandası məhz yerli mütəxəssislərə etibar olunmalıdır. Zənnimizcə burada həm də hazırkı iqtisadi vəziyyətin diqtə etdiyi şərtləri də nəzərə almaq lazım gələcək. Xarici mütəxəssisləri ölkəyə dəvət etməkdənsə, yerli mütəxəssislərə etimad göstərmək və daha az vəsait sərf etməklə böyük nailiyyətlər əldə etmək mümkündür.
Bu, bizim gözləntilərimiz və ehtimallarımız idi. Qərarı isə Federasiyanın rəhbərliyi verəcək və inanırıq ki, hazırkı rəhbərlik ən yaxşı variant üzərində dayanacaq.
Mənbə: azerfax.az
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi