"Qəbələ" Albaniya klubuna uduzdu

"Qəbələ" Albaniya klubuna uduzdu
XƏBƏR 17 Yanvar 2017 / 01:25 3364
-  A +

Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası ilk yoxlama oyununu keçirib.
 
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Hüseynqulu Quliyevin komandası Albaniyanın “Partizani” klubu ilə qarşılaşıb.

Görüş albanların 6:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Türkiyədəki təlim-məşq toplanışına yanvarın 14-də start verən əvəzedicilər daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.
 
Xatırladaq ki, bir neçə gün öncə "Qəbələ"nin əsas komandası da "Partizani" ilə oyunda qüvvəsini sınamış, 1:2 hesabıyla uduzmuşdu.
 


Yoxlama oyunu

16 yanvar

Qəbələ (əvəzedicilər) - Partizani (Albaniya) 2:6
Qollar:
Rövlan Muradov, 25. Nurlan Quliyev, 39 - Qezim Krasniqi, 2. Mentor Mazrekay, 5; 22. Sodiq Atanda, 28. Realdo Fili, 41. Ardit Yaupay, 88.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner