“Beşiktaş” Quarejma ilə müqaviləni uzadır

“Beşiktaş” Quarejma ilə müqaviləni uzadır
XƏBƏR 16 Yanvar 2017 / 15:57 3425
-  A +

Türkiyənin “Beşiktaş” klubu aparıcı futbolçusu Rikardo Quarejma ilə yaxın günlərdə yeni müqavilə imzalayacaq.

Qol.az-ın “Fanatik”ə istindən yaydığı xəbərə görə, artıq portuqaliyalı yarımmüdafiəçi ilə razılıq əldə olunub. Onun mövsümün sonunda başa çatacaq müqaviləsi daha 2 il artırılacaq.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2015-ci ildən İstanbul klubunda çıxış edir. O, 2010-2012-ci illərdə də “Beşiktaş”da oynayıb. Portuqaliya millisinin üzvü bu mövsüm “qara qartallar”ın heyətində 22 oyuna 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner