Superliqada növbəti baş məşqçi istefası

Superliqada növbəti baş məşqçi istefası
XƏBƏR 16 Yanvar 2017 / 14:40 2617
-  A +

Türkiyə superliqasında mübarizə aparan “Alanyaspor” klubunun baş məşqçisi Hüseyin Kalpar vəzifəsindən getdiyini açıqlayıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, bu qərarı superliqanın 17-ci turunda evdə “Rizespor”a uduzduqları oyundan (2:3) sonra verib.

Qeyd edək ki, “Alanyaspor” ilk dəfə bu mövsüm Hüseyin Kalparın rəhbərliyi altında superliqaya yüksəlib. Onun komandası hazırda 18 xalla 14-cü pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner