“Qəbələ” Türkiyə klubunu darmadağın etdi

“Qəbələ” Türkiyə klubunu darmadağın etdi
XƏBƏR 15 Yanvar 2017 / 02:10 6839
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası qonşu ölkədə 3-cü yoxlama oyununu keçirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qırmızı-qaralar”ın təlim-məşq toplanışındakı son rəqibi yerli “Kunduspor” olub.

“Qəbələ” matça aşağıdakı “11-lik”lə başlayıb: Elməddin Sultanov, Tural Əjdərli, Faiq Hacıyev, Osman Soltanov, Güləli Mehrəliyev, İlkin Abdullayev, Vüsal Mustafayev, Tunar Mütəllimov, Məhəmməd Abbaslı, Rüstəm Nuruyev, Kamran Quliyev.

Qarşılaşma “Qəbələ”nin aşkar üstünlüyü ilə keçib. U-19 Türkiyə komandasının qapısından 5 cavabsız qol keçirib. Bu qollardan ikisinə Faiq Hacıyev imza atıb. Rüstəm Nuruyev, Kamran Quliyev və Məhəmməd Abbaslı isə hərəyə 1 dəfə fərqləniblər.

Yanvarın 8-dən Antalyada toplanışda olan “Qəbələ” hazırlıqlarını bu oyunla yekunlaşdırıb. Təmsilçimiz bunadək keçirdiyi ilk iki oyunda “Qartalspor”a 3:1 hesabı ilə qalib gəlib və “Antalyaspor”a 1:2 hesabı ilə uduzmuşdu.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner