Millimiz qazaxlarla bacarmadı

Millimiz qazaxlarla bacarmadı
XƏBƏR 14 Yanvar 2017 / 20:40 2682
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama matçını keçirib.

Qol.az-ın xəbərinə görə, Yaşar Vahabzadənin komandası Qazaxıstanın “Okjeptes” klubu ilə qarşılaşıb.

Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Millimizin qollarını Sarxan Baloğlu və Ozancan Kökcü vurub.

Qeyd edək ki, yığmamız ilk sınaq matçında Almaniyanın “Rot Weis Erfurt” klubu ilə qolsuz heç-heçə edib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner