Şahin Diniyevdən 6 futbolçuya dəvət

Şahin Diniyevdən 6 futbolçuya dəvət
XƏBƏR 14 Yanvar 2017 / 11:53 2942
-  A +

Bakıda təlim-məşq toplanışında olan “Kəpəz”in əsas komandasına əvəzedici heyətin 6 üzvü qoşulub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Şahin Diniyevin qərarına əsasən, hücumçu Fərid Məmmədov, yarımmüdafiəçilər Emin Zamanov, Əli Səmədov, Yusif Cəfərov, müdafiəçilər Qaraxan Əliyev və Elcan Rəhimov Bakıya çağırılıb. Bu futbolçular mövsümün ilk yarısı ərzində çempionat və kubok matçları üçün mütamadi olaraq əsas komandaya cəlb olunub.
 
Əvəzedici heyətdən gələn oyunçular təlim-məşq toplanışı ilə yanaşı, yoxlama matçlarında da oynamaq şansı qazanacaq. 

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner