"İnter"in dördüncü rəqibi də müəyyənləşdi

"İnter"in dördüncü rəqibi də müəyyənləşdi
XƏBƏR 14 Yanvar 2017 / 00:57 1874
-  A +

"İnter" Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Riu Kaya Belek” otelində məskunlaşan “bankirlər” gün ərzində iki dəfə məşq edir.

Artıq toplanış çərçivəsində Bakı klubunun dördüncü rəqibi də artıq müəyyənləşib. Belə ki, "İnter" yanvarın 15-də Qazaxıstanın "Ordubaşı" komandasıyla qarşılaşacaq. Oyun Bakı vaxtıyla saat 18.00-da baş tutacaq.

Daha sonra isə Zaur Svanadzenin komandası 18 yanvarda “Botoşani” (Rumıniya), 19-da “İstiqlol” (Tacikistan), 21-də isə “Orenburq”la (Rusiya) görüşəcək.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner