Sankt-Peterburqda 19 yaşadək futbolçular arasında keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX beynəlxalq turnirdə Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib.
Qol.az xəbər verir ki, 9-16-cı yerlər uğrunda mübarizə aparacaq millimiz ilk olaraq İranla üz-üzə gələcək. Qrup mərhələsini 4 xalla başa vuran İran yığması D qrupunda III yeri tutub.
İran - Azərbaycan matçı yanvarın 15-də keçiriləcək və Bakı vaxtı ilə 15:15-də start götürəcək. Həmin görüşdə qələbə qazanacağı təqdirdə, Təbriz Həsənovun komandası 9-cu yer uğrunda mübarizəni davam etdirəcək və növbəti matçında Hindistan - Estoniya görüşünün qalibi ilə görüşəcək. Yanvarın 17-də, Bakı vaxtı ilə 20:00-da başlanacaq qarşılaşmada da qalib gələcəyi təqdirdə, yığmamız 20 yanvarda, eyni saatda 9-cu yer uğrunda həlledici görüşə çıxacaq.
Milli komandamız İranla matçda məğlub olacağı halda, 13-16-cı yerlər uğrunda mübarizə aparacaq. Bu zaman yığmamız Hindistan - Estoniya görüşündə uduzan tərəflə qarşılaşacaq.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı