"Azərbaycan millisi bizdən yaxşı oynadı"

"Azərbaycan millisi bizdən yaxşı oynadı"
XƏBƏR 13 Yanvar 2017 / 18:31 2900
-  A +

“Təbii ki, qələbəyə görə çox sevinirik. Azərbaycan yığma komandasının bəxtinin gətirməməsi fikri ilə razıyam”.

Qol.az-ın məlumatına görə, bu sözləri Slovakiyanın U-19 yığmasının baş məşqçisi Milan Malatinski  Valentin Qranatkinin xatirə turnirində  millimizə qalib gəldikləri oyundan (1:0) sonra deyib.

O, yığmamızın daha yaxşı oynadığını etiraf edib: “Rəqbimizin güclü komanda olduğunu düşünürəm və yaxşı futbol oynayıb qələbə qazana bilməmək çox pis təsir edir. Xüsusilə, birinci hissədə Azərbaycan yığması bizdən daha yaxşı oynadı. Lakin penaltidən yararlana bilmədikdən sonra uşaqlar sanki toparlandılar. Bir daha bildirirəm ki, qələbəyə görə çox şadam”.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner