“Fənərbaxça”nın hücumçusu “Rubin”də?

“Fənərbaxça”nın hücumçusu “Rubin”də?
XƏBƏR 13 Yanvar 2017 / 14:47 3832
-  A +

"Fənərbaxça”nın futbolçusu Emanuel Emenike Rusiyanın “Rubin” klubuna keçə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə Türkiyə və Rusiya KİV-ləri xəbər yayıb.

Baş məşqçi Dik Advokatla yola getməyən nigeriyalı hücumçunun Kazan təmsilçisinə icarəyə veriləcəyi gözlənilir. Futbolçu özü də “Rubin”ə getməyin əleyhinə deyil. Yalnız klublar arasında maliyyə şərtlərini həll etmək qalıb.

Qeyd edək ki, cari mövsüm Superliqada 10 oyun keçirən 29 yaşlı forvard 3 qol vurub və 3 qol ötürməsi edib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner