“Yuventus” “Milan”dan futbolçu alır

“Yuventus” “Milan”dan futbolçu alır
XƏBƏR 13 Yanvar 2017 / 14:10 3213
-  A +

“Yuventus” heyətinə daha bir futbolçu cəlb etməyə yaxındır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin təmsilçisi əzəli rəqibi olan “Milan”ın müdafiəçisi Mattia de Şilyonu tranfer etməyi planlaşdırır. 24 yaşlı futbolçunun agenti ilə danışıqlar yekunlaşmaq üzrədir.

Əgər klublar arasında da razılıq əldə olunsa, “Yuventus” İtaliya millisinin üzvünü yayda transfer edəcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner