"Şəmkir" Türkiyə klubuna qalib gəldi

"Şəmkir" Türkiyə klubuna qalib gəldi
XƏBƏR 12 Yanvar 2017 / 18:40 4390
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan  "Şəmkir" bu gün ilk yoxlama oyununu keçirib.

Qol.az-ın xəbərinə görə,  I divizion təmsilçisi Türkiyənin aşağı liqasında çıxış edən "Kuşadası" ilə üz-üzə gəlib. Qarşılaşma Qəhrəman Əliyevin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 78-ci dəqiqədə Etibar Süleymanov vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner