1990-cı illərdə Azərbaycan milli komandasının və “Kəpəz”in lider futbolçularından olmuş Faiq Cabbarov itkin düşüb.
Qol.az-ın xəbərinə görə, bu haqda onun yaxınları bildiriblər. F.Cabbarovun tapılması üçün onun hazırda yaşadığı Gəncə şəhərinin polisinə müraciət edilib.
44 yaşlı Cabbarovun 3 gündür evdən çıxdığı və geri qayıtmadığı bildirilir.
***
"Report" agentliyinin yaydığı məlumatına görə, "Kəpəz"in sabiq müdafiəçisinin ailəsi ondan 3 gündür xəbər tuta bilmir. Qardaşı Səttar Cabbarov "Report"a açıqlamasında deyib: "Sonuncu dəfə 3-4 gün əvvəl ailəsinin yanında olub. Özüm də bir neçə gün əvvəl telefonla danışmışam. Ondan sonra qardaşımı görən olmayıb".
"Kəpəz " klubundan bildirilib ki, F.Cabbarovun itkin düşməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinə məlumat verilib. Eyni zamanda son zamanlar yaşadığı yataqxanaya baxış keçirilib. İdarədən "Report"a bildirilib ki, F.Cabbarovun axtarışları davam etdirilir: "Cabbarovun son zamanlar yaşadığı yataqxanaya, həmçinin morq və xəstəxanalara baxış keçirilsə də, heç bir nəticə ortaya çıxmayıb. Hazırda onun ölümü ilə bağlı məlumatlar araşdırılır. Hələlik Faiq Cabbarov idarədə itkin kimi qeydiyyata salınıb".
Qeyd edək ki, Faiq Cabbarov müxtəlif illərdə "Kəpəz", "Avtomobilçi", "Neftçi", "Şəmkir" kimi komandaların formasını geyib. Sabiq müdafiəçi 1993 - 1998-ci illərdə Azərbaycan yığmasında da oynayıb.
F.Cabbarov bu müddətdə 21 matça çıxıb və qol vurmayıb. Bundan əlavə 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. Məşqçi karyerasında isə son iş yeri 2010-2011 mövsümündə fəaliyyətini bərpa edən "Şəmkir" olub.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç