Vyana Futbol Federasiyasının (WFV) təşkilatçılığı ilə Vyana Şəhər Hökümət evində 2015/2016-cı il WFV liqalarında çempionluq titulu qazanmış futbol klublarının mükafatlandırma mərasimi keçirilib.
Qol.az-ın xəbərinə görə, mötəbər tədbirin açılışında iştirak edən Vyana şəhər idman naziri çempion olmuş klubları qələbə münasibəti ilə təbrik edib. Sonra müxtəlif liqalarda qalib gələn klublar Vyana meriyanın nümayəndələri, Vyana şəhər idman naziri və Vyana Futbol Federasiyasının prezidenti tərəfindən diplom və medallarla təltif olunub.
Tədbirdə Vyananın "Karabakh Vyana" ("Qarabağ Vyana") klubunun göstərdiyi oyun xüsusi vurğulanıb və komandanın daha böyük uğurlara nail olacağına ümid bəsləndiyi qeyd olunub.
Məlumat üçün bildirək ki, "Karabakh Vyana" futbol klubu uğurlarını sadəcə əsas komanda ilə deyil, aşağı yaş qrupların təmsil olunduğu C liqasında davam etdirir.
C liqasında qış fasiləsindən öncə keçirilən sonuncu 10-cu turda da qələbə qazanan "Karabakh Vyana"nın yeniyetmələrdən ibarət heyəti fasiləyə çempion kimi yollanıb. Klubun əsas hədəfi cari mövsüm uşaq və yeniyetmələrin təmsil olunduğu daha yüksək - B liqasına vəsiqə qazanmaqdır.
Xatırladaq ki, reqlamentə əsasən C Liqasında xallar U-14,U-16 və U-18 komandalarının bir turda qazandığı nəticələrin cəminə əsasən hesablanır.
Yuxarı
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi