“Qəbələ” “Qartalspor”a qalib gəldi - Video

“Qəbələ” “Qartalspor”a qalib gəldi -  Video
XƏBƏR 12 Yanvar 2017 / 01:10 3464
-  A +

Antalyada təlim-məşq prosesi keçən "Qəbələ"nin 19 yaşlıları ilk oyununa çıxıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Qartalspor"la qarşılaşan komanda 3:1 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar"ın heyətində Quliyev Kamran dubl edib. Digər qolu isə Abbaslı Məhəmməd rəqib qapısından keçirib.

İlk hissədən sonra əvəzlənən futbolçular - Əlizadə Tacir və Elmir Tağıyev Qəbələ TV-yə toplanışın gedişi və matçdan danışıblar.




Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner