“İstirahət müddətində müalicəmlə məşğul olmuşam. Diz bağlarımda problem olduğuna görə günüm həkim yanında keçib. Tibb personalı ilə birlikdə zədəmin tez sağalması üçün əlimdən gələni etdim".
Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in qapıçısı Davud Kərimi klubun saytına açıqlamasında deyib.
Uzun müddət zədədən əziyyət çəkən təcrübəli qapıçı hazırda durumunun yaxşı olduğunu bildirib: "Müalicə prosesi ilə yanaşı, zədə imkan verdiyi qədər fərdi şəkildə məşqlər də etmişəm. Hələ dostlarla öz aramızda keçirdiyimiz oyunlarda qapıda da durmuşam. Zədəm yaxşılığa doğru gedir. Az da olsa ağrılar var, amma bu, mənə qrup halında məşqlərə qoşulmağa mane olmayacaq”.
Kərimi ötən mövsümün əvvəlində “Kəpəz”ə keçsə də, hələ komandada debüt edə bilməyib. O, Premyer Liqa və kubok oyunlarında ehtiyatda qalıb. Bununla belə, ruhdan düşməyən futbolçu öz vaxtını gözləyir: “Komandaya kim xeyir verə bilirsə, məşqçilər həmin futbolçuları da oynadır və düz də edirlər. Əsas olan bir oyunçunun yox, “Kəpəz”in uğurudur. Mənim oynayıb-oynamamağım önəmli deyil, əsas olan komandanın məqsədinə çatması, mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanmasıdır. İndi hamımız buna çalışırıq. İnanıram ki, çempionatın ikinci hissəsində məşqçilər korpusu mənə də güvənəcək.
Həmişə oynamağa hazıram, təlim-məşq toplanışında özümü göstərməyə çalışacağam. Bunu baş məşqçimiz Şahin Diniyevə də demişəm. Seçim məşqçinindir və hələ ki, onun şans verdiyi qapıçı ümidləri doğruldur. Belə də mən seçimin düzgün olduğunu deyə bilərəm. Qismət olacaqsa, mən də heyətdə yer alacağam. Özümü heç kimdən zəif və ya güclü hesab etmirəm. Rəqabətdən də çəkinmirəm. Komandaya ehtiyatda oturmaqla yox, oynamaqla kömək etmək istəyirəm”.
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da
"Çelsi"də yeni müdafiəçi - Rəsmi
“Arzularımızın çoxu puç oldu”
"Şəfa"dan daha 4 transfer
"Oyunumuz çox bərbad idi" - "Orhus"un futbolçusu
Luis Enrike: "İndi hamı bizi favorit hesab edir"
Bu qələbə ilə "Sabah"a rəqib oldular - Video
"Qarabağ"la oyuna "Tərəkəmə"nin sədası ilə gəldilər - Video
Argentina millisinin üzvü "Bayer"də
Aleksis Sançesin transferi açıqlandı
“Sabah”ın potensial rəqiblərinin oyununda qalmaqal - Video
“Turan Tovuz”dan yenilik
"Sabah"ı pley-offa aparan qollar - Video
Çempionlar Liqasında "pley-off"çular müəyyənləşdi
KL-də 2 komanda mərhələ adladı
Avroliqada cavab oyunları başladı
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?