Millinin üzvü 29 yaşında futboldan getdi

Millinin üzvü 29 yaşında futboldan getdi
XƏBƏR 10 Yanvar 2017 / 15:29 4058
-  A +

Belçika millisinin üzvü Entoni Vanden Borre kayerasını başa vurub. 

Qol.az-ın Belçika mətbuatına istinadən yaydığı xəbərə görə,  "Anderlext"in 29 yaşlı yarımmüdafiəçisi bu barədə özü açıqlama verib. O, ardıcıl aldığı zədələr səbəbindən belə qərar verdiyini bildirib.

Ötən il Fransanın "Monpelye" klubunda icarədə oynayan Borre zədə ucbatından cəmi 2 oyunda meydana çıxıb. 

Qeyd edək ki, 2004-cü ildən Belçika millisinə dəvət alan Vanden Borre karyerası ərzində "Fiorentina", "Cenoa" və "Genk" kimi komandalarda çıxış edib.

Daha çox


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner