Rəqiblərimizin oyununda heç-heçə

Rəqiblərimizin oyununda heç-heçə
XƏBƏR 10 Yanvar 2017 / 00:33 1691
-  A +

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnirdə qrup mərhələsində ilk turun oyunlarına yekun vurulub.

Qol.az xəbər verir ki, Sankt-Peterburq şəhərində 19 yaşadək futbolçular arasında keçirilən yarışda yığmamızın yer aldığı C qrupunda ilk turun ikinci matçında Slovakiya və Qazaxıstan yığmaları üz-üzə gəliblər. Görüş qolsuz bərarərliklə başa çatıb.

Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Litvaya 1:2 hesabı ilə uduzub. Təbriz Həsənovun komandası növbəti oyununu yanvarın 11-də Qazaxıstana qarşı keçirəcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner