“Səbail”dən 2 rəsmi transfer

“Səbail”dən 2 rəsmi transfer
XƏBƏR 10 Yanvar 2017 / 00:00 4051
-  A +

İkinci dövrənin hazırlıqlarını davam etdirən "Səbail" qış fasiləsində ilk transferlərini gerçəkləşdirib.

Qol.az xəbər verir ki, paytaxt klubu Aslan Hüseynovu heyətinə qatıb. 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Son klubu "Rəvan" olan müdafiəçi bir müddət "Neftçala"nın da formasını geyinib.

Aslan Hüseynov eyni zamanda dəfələrlə U-17 millimizin heyətində çıxış edib.

Son klubu "Zaqatala" olan Ruslan Tağızadə da qış fasiləsindən sonra "Səbail"in şərəfini qoruyacaq. 23 yaşlı sağ cinah müdafiəçisi 1,5 illik müqaviləyə qol çəkib.

U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş Ruslan Tağızadə karyerası ərzində "Neftçi", "Abşeron", "Sumqayıt", AZAL, "Qəbələ" və "Zaqatala"nın şərəfini qoruyub.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner