"Azərbaycan yığmasının hansı gücdə olduğunu ehtimal edirdik"

"Azərbaycan yığmasının hansı gücdə olduğunu ehtimal edirdik"
XƏBƏR 9 Yanvar 2017 / 17:12 3727
-  A +

“Çox güclü komandaya qalib gəlmişik. Azərbaycan yığmasının hansı gücdə olduğunu ehtimal edirdik. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Qələbə qazana bildiyimiz üçün özümü çox xoşbəxt hiss edirəm".
 
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Litvanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Vaşkunas Vitautas millimizə qalib gəldikləri (2:1) oyundan sonra deyib.

O, FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə qazanılan ilk qələbəni belə şərh edib:

"Bəlkə bu gün o qədər də yaxşı çıxış edə bilmədik. Amma bugünkündən daha yaxşı oynamağı bacardığmızı düşünürəm. Və daha yaxşı oynaya biləcəyin halda qələbə qazana bilirsənsə, buna yalnız sevinmək lazımdır”.

Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner