Kamran oynadı, “Boavişta” qələbə qazandı - Yenilənib

Kamran oynadı, “Boavişta” qələbə qazandı -  Yenilənib
XƏBƏR 8 Yanvar 2017 / 23:53 7700
-  A +

Portuqaliya çempionatında 16-cı turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, millimizin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun formasını geydiyi “Boavişta” öz meydanında “Setubal”ı qəbul edib.

Kamran meydana start heyətində çıxıb. Emin isə əvvəldən sona kimi matçı ehtiyat oyunçular skamyasından izləyib.

Görüş həmyerlilərimizin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Espinhonun 27-ci dəqiqədə vurduğu qol “Boavişta”ya qələbə qazandırıb.

Bu qələbə sayəsində xallarının sayını 20-yə çatdıran “Boavişta” turnir cədvəlində 9-cu pilləyə yüksəlib.

Daha çox


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner