Türkiyə millisinin üzvü “Volfsburq”da

Türkiyə millisinin üzvü “Volfsburq”da
XƏBƏR 7 Yanvar 2017 / 13:11 4365
-  A +

Almaniyanın “Volfsburq” klubu  heyətinə  yeni futbolçu cəlb edib.
 
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  Bundesliqa təmsilçisi Türkiyə millisinin və “Maynts”ın üzvü Yunus Mallını transfer edib.

Onunla 4,5 illik müqavilə imzalanıb. “Volfsburq”  24 yaşlı hücumçu üçün qarşı tərəfə 12,5 milyon avro ödəyib.

Qeyd edək ki, 2011-ci ildən “Maynts”da çıxış edən Yunus Mallı cari mövsüm  24 oyunda meydana çıxıb və  8 qol vurub.


Qarabağ FK
Son xəbərlər
topaz banner