Levandovski 40 milyon avroluq təklifi rədd etdi

Levandovski 40 milyon avroluq təklifi rədd etdi
XƏBƏR 6 Yanvar 2017 / 21:33 4676
-  A +

"Bavariya"nın futbolçusu Robert Levandovski Çin klubunun rekord məbləğdə təklifini rədd edib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə polşalı hücumçunun agenti Sezar Kuçarski məlumat verib. O deyib ki, Çin klublarından biri R.Levandovskiyə illik 40 milyon avro qazanacağı müqavilə təklif edib. Ancaq o, bu təklifi müsbət cavablandırmayıb.

Qeyd edək ki, R.Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir.


Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner