"Sumqayıt"ın Antalya toplanışının vaxtı açıqlandı

"Sumqayıt"ın Antalya toplanışının vaxtı açıqlandı
XƏBƏR 6 Yanvar 2017 / 17:25 1747
-  A +

Bu həftə dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuracaq "Sumqayıt"  təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yanvarın 10-da səhər saatlarında qonşu ölkəyə yola düşəcək komanda 10 gün hazırlıq prosesi keçəcək.
 
Samir Abasovun komandası Türkiyədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər barəsində klubun rəsmi internet səhifəsində açıqlama veriləcək. Rəqiblər Özbəkistanın "Nəcəf", Albaniyanın "Skenderbeu" və Qazaxıstanın "Atırau" klubları olacaq.

Daha çox


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner