Felipe Melo “İnter”dən gedir

Felipe Melo “İnter”dən gedir
XƏBƏR 6 Yanvar 2017 / 16:42 3409
-  A +

“İnter”in futbolçusu Felipe Melo Milan klubundan ayrılmaq üzrədir.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub braziliyalı yarımmüdafiəçi ilə müqavilənin ləğv olunması haqda razılığa gəlib.  Müqaviləsinə xitam veriləcəyi təqdirdə “İnter” Meloya 3 milyon avro ödəyəcək.

Qeyd edək ki, 33 yaşlı futbolçuya  Braziliyanın “Palmeyras” klubundan təklif gəlib. Son Braziliya çempionu Meloya 3 illik müqavilə üçün 2 milyon avro təklif edib.

Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner