Kolarov “Mançester Siti”dən gedir

Kolarov “Mançester Siti”dən gedir
XƏBƏR 6 Yanvar 2017 / 00:39 3014
-  A +

Aleksandr Kolarov yayda “Mançester Siti”ni tərk edəcək.

Qol.az-ın “The Sun”a istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi 31 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaqda maraqlı deyil.

Serbiya millisinin üzvünün “şəhərlilər”lə hazırkı müqaviləsi 2017-ci ilin iyununda başa çatır. “Mançester Siti” rəhbərliyi Kolarovun artıq indidən başqa klublarla danışıqlara başlamasına razılıq verib.

Qeyd edək ki, təcrübəli müdafiəçi Mançester təmsilçisində 2010-cu ildən çıxış edir. Cari mövsümdə o, İngiltərə Premyer Liqasında meydana çıxdığı 19 oyunda 1 qol vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner