Çin klubundan Obameyanqa fantastik təklif

Çin klubundan Obameyanqa fantastik təklif
XƏBƏR 4 Yanvar 2017 / 16:31 6061
-  A +

Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanq dünyanın ən yüksək ödənişli futbolçusu ola bilər.

Qol.az-ın “La Gazetta dello Sport”a istinadən yaydığı xəbərə görə, Çinin “Şanxay SİPQ” klubu qabonlu hücumçu üçün “Borussiya”ya təklif göndərib.

Obameyanq Çində oynamağa razı olsa, həftəyə 800 min avro qazanacaq ki, bu da ildə 41 milyon avrodan bir qədər çox edir. Çin klubu bu transfer üçün "Borussiya"ya 150 milyon avro təklif edib. 

Qeyd edək ki, hələlik dünyanın ən yüksək ödənilşi futbolçusu dekabrda “Boka Xuniors”dan “Şanxay Şenxua”ya transfer olunan Karlos Tevesdir. Argentinalı hücumçu həftəyə 720 min avro qazanır.

Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner