Kamran üçün yeni rəqib

Kamran üçün yeni rəqib
XƏBƏR 4 Yanvar 2017 / 14:25 6010
-  A +

Millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” heyətinə yeni qapıçı cəlb edib.

Qol.az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Portu təmsilçisi Belçikanın “Muskron” klubunda çıxış edən Vaqner da Silva ilə anlaşıb.

Klublar arasında razılığa əsasən 30 yaşlı braziliyalı qolkiper cari mövsümün sonuna qədər “Boavişta”da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Kamran Ağayev “Boavişta”nın əsas qapıçısıdır.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner