39 yaşlı qapıçı üçüncü dəfə “Milan”a gəlir

39 yaşlı qapıçı üçüncü dəfə “Milan”a gəlir
XƏBƏR 4 Yanvar 2017 / 01:36 5034
-  A +

“Milan” və “Kalyari” qış fasiləsində qapıçı dəyişikliyi edəcək.

Qol.az-ın “La Gazzetta dello Sport”a istinadən yaydığı xəbərə görə, 24 yaşlı braziliyalı qapıçı Qabriel karyerasını “Kalyari”də davam etdirəcək.

Əvəzində 39 yaşlı Marko Stotari “Milan”a keçəcək. Əsasən “Yuventus”dakı çıxışı ilə tanınan təcrübəli qolkiper daha əvvəl də “Milan”ın formasını geyib.

Belə ki, o, 2006/07 və 2009/10 mövsümlərində icarə əsasında “Qırmızı-qaralar”ın heyətində çıxış edib.

Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner