Kolumbiya millisinin üzvü "Barselona"nın hədəfində

Kolumbiya millisinin üzvü "Barselona"nın hədəfində
XƏBƏR 3 Yanvar 2017 / 11:25 4918
-  A +

“Barselona” heyətinə daha bir futbolçu cəlb etməyə hazırlaşır.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu “Ayaks”ın müdafiəçisi Davinson Sançeslə transfer edə bilər. 

“Barsa” ötən il Kolumbiya millisinin 20 yaşlı üzvünü klubun B komandasına cəlb etmək istəsə də, o, buna razılaşmayıb.

Bu dəfə isə Luis Enrike gənc futbolçunu öz komandasında görmək istəyir.

Qeyd edək ki, cari mövsüm Hollandiya çempionatında 16 oyuna çıxan Sançes 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Qarabağ FK
Son xəbərlər
13.09.26  23:13

Haalanddan yeni rekord

topaz banner