"Qəbələ"nin sabiq baş məşqçisi İraq klubunda

"Qəbələ"nin sabiq baş məşqçisi İraq klubunda
XƏBƏR 30 Dekabr 2016 / 13:33 3198
-  A +

"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Muntyanunun yeni iş yeri müəyyənləşib.

Qol.az-ın Runıniya mətbuatına istinadən yaydığı xəbərə  görə, 48 yaşlı mütəxəssis İraqın "Zaxo" klubu ilə anlaşıb. Onunla  6 aylıq müqavilə imzalanıb.

"Zaxo" hazırda İraq superliqasında 7 xalla 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, rumıniyalı məşqçi 2014-cü ildə "Qəbələ"də çalışıb. O, "Qəbələ" ilə 1 illik müqavilə imzalasa da, komandanın uğursuz çıxışları səbəbindən 5 aydan sonra istefaya göndərilib.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner