“Çelsi”nin 25 milyonluq təklifi geri çevrildi

“Çelsi”nin 25 milyonluq təklifi geri çevrildi
XƏBƏR 29 Dekabr 2016 / 01:23 4484
-  A +

“Atalanta” rəhbərliyi “Çelsi”nin 25 milyon avroluq təklifini geri çevirib.

Qol.az “The Guardian”a istinadən xəbər verir ki, London klubu İtaliya təmsilçisinin üzvü Frank Kessyeni heyətinə qatmaq istəyib. Lakin “Atalanta” 20 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir. 

Afrikalı futbolçunun meneceri müştərisinin klubunu dəyişəcəyini istisna etməyib. O vurğulayıb ki, Kessye karyerasını başqa klubda davam etdirməyə razıdır. Ancaq bunun üçün “Atalanta” ilə razılıq əldə olunmalıdır.

Qeyd edək ki, Kessye bu mövsüm “A” seriyasında meydana çıxdığı oyunlarda 7 qol vurub.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner