"Bursaspor" Hamzaoğlunun istefasını qəbul etmədi

"Bursaspor" Hamzaoğlunun istefasını qəbul etmədi
XƏBƏR 27 Dekabr 2016 / 17:50 2529
-  A +

Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Hamza Hamzaoğlu ötən gün "Gənclərbirliyi" ilə oyundan (1:3) sonra istefa verib.

Qol.az-ın xəbərinə görə, klub rəhbərliyi onun istefasını qəbul etməyib. Bu barədə Bursa təmsilçisinin saytı açıqlama yayıb.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis mövsümün əvvəlindən "Bursaspor"u çalışdırır. Onun komandası 16 turdan sonra 27 xalla 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz da "Bursaspor"da çıxış edir.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner