Vengerdən qələbə şərhi

Vengerdən qələbə şərhi
XƏBƏR 27 Dekabr 2016 / 01:05 3041
-  A +

“Arsenal”ın baş məşqçisi Arsen Venger İngiltərə Premyer Liqasının 18-ci turunda “Vest Bromviç” üzərində qazandıqları 1:0 hesablı qələbədən danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, fransız mütəxəssis komandasının qələbəyə layiq olduğunu bildirib:

“Sona qədər səbrli olmalıydıq. “Vest Bromviç” çox diqqətli oynayırdı. Biz müdafiədə səhvə yol verə bilməzdik. Erkən qol vurmayanda tələsmək olmaz.

Topa nəzarət bizim tərəfimizdə idi. Rəqib qapısına xeyli zərbə endirirdik. Lakin bütün bunlar lazım olan qolu vurmağa kifayət etmirdi. Nəhayət ki, sona yaxın hava ötürmələrinin faydasını gördük. Son 2 oyunda uduzmuşduq. Ona görə də bu gün bizə 3 xal çox lazım idi”.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner