Ukrayna millisinin hücumçusu Türkiyə superliqasında

Ukrayna millisinin hücumçusu Türkiyə superliqasında
XƏBƏR 26 Dekabr 2016 / 14:54 4110
-  A +

“Şaxtyor”un və Ukrayna millisinin hücumçusu Yevgeni Seleznyov karyerasını Türkiyədə davam etdirəcək.

Qol.az-ın Donets klubunun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı hücumçu “Karabükspor”la müqavilə imzalayıb. Müqavilənin müddətinin 2.5 il olduğu bildirilir.

Qeyd edək ki, Seleznyov “Şaxtyor”da ümumilikdə 74 oyun keçirib və 30 qol vurub.


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner