"Kamran deməyib ki, atam üçün darıxdığıma görə Azərbaycana qayıdacam. Düzü, ata-oğul kimi bir-birimizə çox bağlıyıq. Məncə, eyni hisslər bütün normal ailələrdə yaşanır. Hansı ağlı başında olan övlad valideyni və valideynlər övladını istəmir? Kamran bir neçə ay ölkə xaricində olduğundan mənim üçün darıxdığını dilə gətirib ki, onun söylədikləri başqa cür yozulub".
Qol.az-ın məlumatına görə, bu sözləri "Boavişta"nın qapıçısı Kamran Ağayevin atası Adil Ağayev "Futbol +"a oğlunun Azərbaycana qayıdacağı iddialarına münasibət bildirərkən deyib.
O, müqaviləsi olduğu üçün oğlunun ən azı mövsümün sonuna kimi "Boavişta"nın şərəfini qoruyacağını söyləyib:
"Bununla bağlı heç kimdə şübhə olmasın. Portuqaliya klubunun baş məşqçisi onun xətrini çox istəyir, güvənir, daim əsas heyətdə oynadır. Belə olan halda Kamran niyə Azərbaycana qayıtsın ki? Heç mən də onun geri qayıtmasına razı olmaram. Qolkiper üçün yaşı çox da deyil. Orda özünü yaxşı tərəfdən göstərməyi bacarıb, daha iddialı klubların diqqətini cəlb edə bilər. Yazırlar ki, Kamran "Neftçi" ilə müqavilə bağlayacaq. Bu, doğru deyil axı. Çünki o uzun illər "Xəzər Lənkəran"ın şərəfini qoruyub. Bu iki klubun azarkeşlərinin bir-birinə münasibəti hamıya məlumdu. Sabah bir uğursuz qarşılaşma olsa, "Neftçi" fanatları istər-istəməz bu məqamı qabardıb, ona əlavə psixoloji problmemlər yaradacaqlar. Fikrim var, yanvardan sonra Kamranın yanına gedəm. Mən orda olsam, yəqin ki, darıxmayacaq, bütün fikrini futbola yönəldəcək. Bir ata kimi istəyirəm ki, onun səsi-sorağı Avropanın aparıcı klublarından gəlsin".
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"